Şəxsi avtomobilimdir, yürüş originaldır. Gündəlik sürülən maşındır, taksidə istifadə edilməyib. Maşın Sentyabr 2022-də 130.000 kmda alınıb. Vaxtlı vaxtında qulluğu edilib, alınandan bəri servis kitabçası tutulub, maşına baxış zamanı göstəriləcək. Ön təkərləri təzədir, arxa təkərləri yaxşı vəziyyətdədir. 145.000km-da sürətlər qutusu yağı dəyişdirilib. Mühərrik və sürətlər qutusu yağı üçün Mitasu markası istifadə olunub. Xadavoy, mühərrik və sürətlər qutusunda heç bir problem yoxdur. Maşın səliqəlidir, salonunda heç bir defekt yoxdur, oturacaqlarda daim çexol olub. Xərclər nəzərə alınacaq. Özünə maşın almaq istəyən yoldaşlar zəng etsin, maşın təcili satılmır. Telefonda qiymət danışılmayacaq.