Avtomobil maksimal komplektasiyaya malikdir, qəzaya düşməyib, Bakıya 2024-cü ilin mart-aprel aylarında gətirilib, may ayında alınıb və yalnız ev işləri üçün istifadə olunub (xidməti maşın olmayıb).
159,000 km orijinal yürüş.
1.5L EcoBoost mühərrik, avtomat sürətlər qutusu, ön ötürücü (Hibrid deyil).
2025-ci ilin mart ayında rəsmi “Ford Club” servisində mühərrik tam şəkildə yenilənib. Orijinal porşenlər daxil olmaqla bütün əsas detallar dəyişdirilib. Əlavə olaraq, 150,000 km-də avtomat sürətlər qutusunun yağı rəsmi orijinal ilə dəyişdirilib.
Bütün texniki işlərin qaimələri mövcuddur.
Avtomobilin texniki vəziyyəti əla, yalnız bir neçə (disklər və kuzovda) kosmetik qüsurları var (şəkillərdə göstərilib).
Avtomobil heç bir qəza keçirməyib, ABŞ-dan “vandalizm” statusu ilə satılıb, yani kuzovda cızıq və bir oturacağın oğurlanması səbəbindən baş verib (VIN yoxlayarkən görünür).
Yeni təkərlər (Goodyear Eagle Sport) bir ay əvvəl quraşdırılıb. 2 ədəd açarı mövcuddur.
Avtomobil istisnasız olaraq AI-95 markalı benzinlə istifadə olunub.
Açarsız giriş sistemi (bütün qapılardan), kodla giriş, Start/Stop düyməsi, avtomatik kondisioner, kruiz-kontrol, arxa kamera və digər funksiyalar.
Avtomobil daima “Ford Club” servisində baxışdan keçib və texniki olaraq çox yaxşı vəziyyətdədir. Baxış Bakı şəhəri, Ağ Şəhər ərazisində mümkündür.
Qiymət nömrə ilə: 21,500 AZN
Nömrəsiz: 19,500 AZN
Qiymətdə endirim yalnız baxış zamanı və real alıcı üçün mümkündür.
Zəng çatmasa zəhmət olmasa WhatsApp ilə əlaqə saxlayın.
VIN: 3FA6P0HD6HR214490