Salam. Avtomobil 2012-ci ilin zavod maşınıdır, yəni avtomobildə udardan, detal dəyişimindən söhbət gedə bilməz. Avtomobilə körpə uşaq kimi qulluq olunub.
1) Mühərrikə (matora) - RAVENOL 5W30 yağı. (Hər 5000 km yürüşdən bir). (Kitabçası mövcuddur)
2) Sürətlər qutusuna (karopkaya) tökülən yağ ancaq KİA SERVİS-də dəyişilib.
3) Mühərrikin soyuducu mayesi - TOTAL COOLELF olub ancaq.
4) Ayna silənlərin baçokuna - ancaq bahalı şüşə təmizləyici maye istifadə olunub, heç vaxt sudan istifadə olunmayıb.
5) Ön qabarit işıqlara led bahalı ağ işıq qoyulub.
6) Asqı sistemi (peredok) ancaq original ehtiyyat hissələri ilə servisdə yığılıb. Maşında ən adi bir səsdən söhbət gedə bilməz.
7) Salon sinfinin ən full komplektaçiya ilə təchiz olunub. Original EVA ayaqaltılar. Saf dəri salon, panoramik dam bir sözlə salondan istehsalçı zavodun iyi gəlir.
8) Baqaj tər-təmiz, zapaska təkər, danqrat mövcuddur.
Bir sözlə özünə ideal, baxımlı, problemsiz, komfortlu maşın axtaranlar əlaqə saxlasın. Maşını alan adam istədiyi yerdə, istədiyi ustaya yoxlatdıra bilər. Hər bir şeyinə cavabdehəm. Real alıcıya yerində cüzi endirim olunacaq. Alverçilər qəti sürətdə narahat etməsin. Maşın əlimyandıda satılmır, yəni əldə qalası maşın deyil. Hər maşının öz qiyməti var, maşından anlayışı olan baxan kimi biləcək. Allah alana da, satana da min xeyrini versin, amin!!!