Avtomobil 2017 istehsalıdır, 2018-ci ilin rəsmi buraxılışıdır. Zavod buraxılışlı M Tech -dir , heç bir sonradan yığılan M paket, tuning və ya dəyişdirilmiş hissə yoxdur. Tam orijinal vəziyyətdədir.
Avtomobil ölkəyə şəxsi istifadə üçün gətirilib və yalnız Premium (98 oktan) benzinlə istifadə olunub. Yağ və bütün filtr dəyişiklikləri hər 5000 km-də bir, yalnız keyfiyyətli məhsullarla aparılıb. İstismar yalnız ev-iş marşrutu ilə olub. Hec bir aqressiv sürüş və ya yararsız şəraitdə istifadə edilməyib.
Hal-hazırda yürüş 100.000 km-dən aşağıdır. Sürüş hissiyatı, texniki vəziyyət və kuzov ideal vəziyyətdədir. Heç bir kosmetik və ya mexaniki problem yoxdur. Zəhmət olmasa, maşını “köhnə ili yeniyə toplanmış BMW”lərlə qarışdırmayın. Bu avtomobil real orijinal M Tech paketlidir, hər bir detalı zavod istehsalıdır.
Ciddi maraqlanan şəxslər maşına baxış keçirə bilər. Alan şəxs adında rahatlıqla qeydiyyatdan keçiriləcəkdir.