Avtomobil Əla vəziyyətindədir, şəxsi atomobildir. Yüksək səviyyədə qulluq olunurdu, mühərriki, sürətlər qutusu, asqı sistemi əla. Qəzada iştirak etməyib, çapılmayıb. Yürüşü original. Yağ ancaq Motul 5W30 istifadə olunub. Sürətlər qutusunun yağı 10000 km öncə dəyişilib. Xenon lampalar bahalı original Led lampalarla əvəzlənib. Arxa görüntülü kamera quraşdırılıb. Salonun damı BMW-nin dam parçası ilə üzlənilib.
Asqı sistemi - Original sport prujınlar, 7 il öncə qoyulub, yolda saxlayıb ilişən olmayıb. Mart ayında asqı sisteminə aid sıradan çıxan hə bir detal dəyişilib, indi heç bir xərc tələb etmir. Əlavə olaraq yanacaq nasosu original ilə dəyişilib.
Pribor paneli 2014-cü il modelin qoyulub.
Təkərlər təzədir, maksimum 3000 km gedib.
Zavod Rockford Fostgate akustik sistemi.
Kondisioner buz kimi vurur, hələ də zavod frionudur.
Elektronikaya aid hər bir funksiyalar işləkdir.
Çox dözümlü və etibarlı avtomobildir, anlayışı olanlar bilir.
Bir söznən hal-hazırda avtomobil xərc tələb etmir.
Əlavə məlumat almaq üçün əlaqə saxlayın, son qiymət avtomobilin yanında danışılacaq, amma nəzərinizdə saxlayın ki fantastik endirim olmayacaq. Həmçinin xahiş edirəm, elə-belə, bekarçılıqdan zəng etməyin, həm mənim, həm sizin vaxtınız boşa getməsin.