Avtomobil 2 ildən çoxdur məndədir. Çox yaxşı vəziyyətdədir. Bu günkü gündə heç bir xərc tələb etmir. Taxidə istifadə olunmayıb, ailə maşınıdır. Üstündəki duqalar bəzək üçün qoyulub, yük vurulmayıb. Vaxtlı vaxtında yoxlanılıb, qulluq edilib, çox səliqəli istifadə olunub. Avtomobil alınanda özüm üçün kimyəvi təmizləmə elətdirmişəm, oturacaqlara dəri üzlük taxdırmışam. Zavod oturacaqlar da yenisindən seçilmir. Əlavə olaraq bahalı monitor və arxa görüntü kamerası qoydurmuşam. Yağış və işıq sensoru da mövcuddur. Onu da qeyd edim ki, bu rəng az tapılan rəngdir, canlı olaraq şəkildəkindən də gözəl görünür. Ümumiyyətlə marka olaraq çox gözəl, ekonom və rahat avtomobildir.
Əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz. Avtomobilə baxdıqdan sonra qiymətdə razılaşmaq mümkündür.