Salam. Maşın 10 ildən çoxdur ki, özümüzdədi, atamın maşınıdı, heç vaxt taksi kimi fəaliyyət göstərməyib, həftədə 1-2 dəfə özünə ehtiyac olduğu halda şəhər içi sürüb, vaxtı vaxtında qulluq olunub, əsl maşına baxan ağsaqqal maşınıdı. Maşında pas, çürük qətiyyən yoxdu, salon səliqəli, dam hissəsi tərtəmiz, xadavoy gül kimidi. Çox dözümlü, səliqəli, rahat maşındı. Bu illər ərzində qətiyyən qəzası olmayıb, maşının duruşuna baxanda necə maşın olduğu bilinir. Maşını istədiyiniz yerdə yoxlatdıra bilərsiz. Sadəcə mənim işimlə bağlı satmaq istəyirik. Allah alana da, satana da xeyir versin. Qiymət barəsində real alıcı ilə razılaşma edərik...