2015-ci ildə İtaliyadan gətirilib, burda ilk alıcısıyam. Səliqəli sürülüb, vaxtı-vaxtında Performans Center-də qulluq olunub, tarixçəsi orda var, probeqi orijinaldır. Yüngül də olsa, heç bir qəzası olmayıb, vuruğu, udarı yoxdur. Maşın saz vəziyyətdədir, hər bir detalı yerində və işlək vəziyyətdədir. Monitoru, arxa görüntü kamerası, park radarı var, dəri salondur, təkərləri də yenidir. Dizel motordur, dörd çəkəndir, yeddi yerlikdir. Trasda 5-6 litr, şəhər içi 7-9 litr dizel yandırır. İşə servis maşını ilə getdiyimdən həftədə bir-iki dəfə sürülüb, daim qarajda saxlanılır. Qiymətdə razılaşmaq olar