Salam hər vaxtınız xeyir. Maşın öz adımadır, 10 aydır şəxsi istifadədə edirəm. Sadəcə təcili pul lazım olduğu üçün bu qiymətə satıram. Maşına xeyli xərc çəkmişəm, qiymət real vəziyyətinə görə çox münasibdir və bu məbləğ yalnız 7 gün üçün keçərlidir.
Motor yağı yeni dəyişilib, cəmi 2000 km sürülüb
Karopkada atma, gecikmə yoxdur
Xadovoyda, yürüşdə heç bir problem yoxdur
Salon normaldır, sürüşü rahat və komfortludur
Kondisioner buz kimi vurur, heç bir problemi yoxdur
Lyuk işlək vəziyyətdədir, tam açılıb-bağlanır
Bu müddət ərzində aşağıdakı işlər görülüb:
• Pompa və remen dəyişilib
• Arxa amortizatorlar yenilənib
• Yaponkadan çıxma dinamo qoyulub – 200 manata alınıb, təzədən seçilmir
• Termodatçik yenisi ilə əvəz olunub
Sığorta 2 ay əvvəl olunub
Sənədlər qaydasındadır, heç bir cərimə, problem yoxdur
Maşında nə problem olubsa vaxtında düzəltdirmişəm. Hal-hazırda heç bir xərc tələb etmir. Özüm üçün sürmüşəm, alverçi deyiləm. Qiyməti isə dediyim kimi təcili pula ehtiyac olduğu üçün belə qoymuşam.
Yerində də endirim edəcəm.