Maşın ideal vəziyyətdədir, bütün servisləri vaxtında olunub (daim yalnız keyfiyyətli yağlarla) və heç bir xərci yoxdur. Güclü və qənaətcil 2.0 dizel mühərrik, avtomat sürətlər qutusu ilə həm şəhər, həm də uzun yollarda çox rahatdır. Təkərləri yeni dəyişilib – Santa Fe üçün usta məsləhəti ilə ən keyfiyyətli təkərlər alınıb. Salon geniş və təmizdir, dəri oturacaqlar, qızdırıcılı ön oturacaqlar, böyük multimedia ekranı, arxa kamera, Bluetooth, kruiz-kontrol, açarsız giriş-start sistemi mövcuddur. Maşının işıqları yeni dəyişdirilibdir və digər Santa Fe maşınlarından çox daha yaxşı işıqlandırma verir. 5+2 oturacaq (3-cü sıra qatlanır) və böyük baqaj yeri ilə ailə maşını üçün əla seçimdir. Orijinal disklər, LED gündüz işıqları, duman faraları və gözəl eksteryeri var. Daim qulluq olunub, qəza keçirməyib. Bir sözlə, digər çapılmış Santa Fe maşınları ilə bir tutmayın. Real alıcı ilə qiymətdə razılaşma olacaq.