2011-ci il Mitsubishi Pajero Rockford (tam full paket). Avtomobil 2012-ci ildə rəsmi dilerdən alınıb və o gündən bəri tək sahibdədir. Bütün qulluq və texniki xidmətlər yalnız rəsmi servis şəraitində aparılıb.
Maşın bez kraskadır – heç bir detalında, hətta ksok hissəsində belə boya yoxdur. Zəmanət çərçivəsində dəyişməli olan bütün ehtiyat hissələri servis tərəfindən yenisi ilə əvəz olunub. İş kartı şəkil olaraq əlavə olunub.
Avtomobil iş və ev şəraitində daim qarajda saxlanılıb və xüsusi qayğı ilə qorunub. Heç bir texniki və vizual problemi yoxdur. İstənilən servisdə rahat şəkildə yoxlatdırıla bilər.
Avtomobil yalnız şəhər daxilində sürülüb. Bu komplektasiyada və baxımlı vəziyyətdə olan maşın şəhərdə çox nadir tapılır.