Diqqətlə oxuyub, sonra əlaqə saxlayın:
Yeni avtomobil alınıb deyə maşın 7 aydır sürülmür. İşə salanda yağın işığı qırmızı yanır, çox güman ki, kəfkir tutulub, açıb təmizləmək lazımdır. Maşının üzünün boyası bozarıb, kosmetikasını yenilənmək lazımdır. Gündəlik sürülən maşın olub. Matorun axra salniki və kardan dəyişməlidir. Həm həyətdə yer tutur, həm də sürülmür deyə satılır. Gələrkən ya özünüzün maşından anlayışınız olsun, ya da ustanızla gəlib, baxın, yoxlayın, sonra aparın.
Maşının olan və ya üzə çıxacaq digər problemləri nəzərə alınaraq, bu qiymət qoyulub, qiymət üçün zəng etməyin, qiymət onsuz da simvolik qoyulub və sondur.
Kredit, hissəli ödəniş və ya barter yoxdur.