Artıq yeni avtomobil aldığım üçün Kia Sportage 2012 modelini satıram. İllərdir bizi heç vaxt yarı yolda qoymayıb – ailəvi səfərlər, şəhər içi istifadə, dağa-getmələr, hamısında rahatlıqla istifadə etmişik.
Avtomobil yalnız Kia rəsmi servisində qulluq olunub, texniki baxışı bu iyulda keçib, avqust ayında isə 1 illik icbari sığortası yenilənib. Əlavə xərc gözləmirsiniz.
Yeni 4 ədəd 4 fəsil təkər qoydurmuşam ki, alan adam uzun müddət heç nə fikirləşməsin.
2.0L benzin mühərriki, avtomatik sürətlər qutusu, qara dəri salon, panoramik lyuk, multimedya sistemi, klimat kontrol və daha nələr-nələr. Rahatlıq baxımından heç nə əksik deyil.
Kim baxsa, bəyənəcək. Sadəcə ehtiyac qalmadığı üçün satıram. Barter edilmir. İstənilən yerdə yoxlatdıra bilərsiniz. Endirim yerində danışılacaq.