Salam, dost! Zəhmət olmazsa, elanı diqqətlə oxu, çünki sonda bu maşının sənin üçün olub-olmadığını başa düşəcəksən. ????
Əlavə sualın qalarsa isə WhatsApp-da yaz, çünki zənglərə cavab verə bilmirəm.
Ümumilikdə bu Rio-lar çox qənaətcil və dözümlü maşınlardır. Mexanika ilə aran yaxşıdırsa, qənaətin nə olduğunu dizellə görəcəksən. Məndə 3 avtomat maşından sonra bu ilk mexanika idi. Öyrəşəndən sonra qorxulu heç nə yoxdur. Ölçülərinə görə isə şəhərdə parkinq etmək lap uşaq oyuncağıdır. ????
Maşın yaxşı vəziyyətdədir. Yalnız kosmetik işi var, o da əsasən qabaq buferdə. Şəkildə cızıqlar görünür. Mexaniki problemi yalnız kondisionerin işləməməsidir. Onun üçün də kondisionerin radiatoru dəyişməlidir. Başqa problemini hal-hazırda görmürəm.
Rio-ya ən yaxşı necə baxmaq mümkündürsə, elə baxılıb: motora ancaq Castrol və Total 5W30 tökülüb. Hər yanacaqdoldurma zamanı Bardahl və ya Liqui Moly dizel qatqısından istifadə olunub.
Ön-arxa kamera və ekran-güzgü quraşdırılıb. Naqilsiz şarj verən telefon tutacağını da üstündə hədiyyə edəcəyəm.
Maşın öz adımadır. Cəriməsi, həbsi də yoxdur. Sığorta və texniki baxışın iyuna kimi vaxtı var.
Maşına qeyri iş günü və ya saatlarında ağ şəhərdə və ya Xətaidə baxmaq mümkündür.
Kreditlə satılmır. Barter də edilmir. ????
Buraya kimi oxudun və sualın da yoxdursa, qiymətində də razılaşarıq deməkdir. ????????