Şəxsi maşınımdır öz adımadır. Heç bir problemi yoxdur. 2 ilə yaxındır sürürəm. Maşında qaynatma, qızdırma problemi heçbir zaman olmayıb. Bahalı rowe antifriz tökmüşəm original. Soyutma sistemində bütün detallar original və problemsizdir( termostat, baçok, baçok qapağı və s). Vaxtı vaxtında bütün qulluqlar olunub. Texniki baxış sığorta və yeni olunub. Polnu full versiyadır. Bütün funksiyalar işləkdir. Elektrik sistemində nasazlıq yoxdur. Əlavə olaraq üzərində qəşəng nömrə hədiyyə olacaq (əlavə ödənişlə almışdım). Original pioneer 4 kalonka və original usilitel də var üzərində, səs sistemi çox əladır özüm üçün yığdırmışdım. Əlavə olaraq arxa Bmw led stoplar, ayaqaltı işıqlar, qapıların üzərində original xrom kantlar ( çox çox az cruze-da olar) və s. Üstünlükləri var. Akkumlyatoru da təzə qoymuşam bir neçə ay əvvəl. Kosmetikaya qəti ehtiyacı yoxdu tam idealdı bir cızıq belə yoxdu. Karobkanın yağını yeni dəyişmişəm iç filteri ilə birlikdə servis kitabı da var 800 azn-ə. Start stop, açarsız daxil olma və s, var və işləkdir. Naklatkalar yeni əvəz olunub və indiyə qədər dəyişilən hər bir detalı original GM ilə əvəz olunub. Yağ buraxan su buraxan yeri və ya problemi yoxdur tam rahat alıb sürə bilərsiniz. Xeyir iş üçün satıram. Allah alana da, satana da xeyir versin