Mercedes-Benz C250 Elegance (Yaponka)
Mühərrik həcmi 2500 kubsantimetrdir.
Avtomobil şəxsi istifadədə olub və 1 ildən artıqdır məndədir. Baxımlı, problemsiz və səliqəli vəziyyətdədir. Alındığı gündən etibarən bir çox yenilənmələr və əlavələr edilib. Bütün dəyişikliklər və əlavələrin fotoları mövcuddur.
Texniki vəziyyət və qulluq:
Hər 5 000 km-dən bir yalnız keyfiyyətli, bahalı yağ ilə dəyişimi aparılıb (Rowe).
Sürətlər qutusu yağı yenilənib, işləməsi problemsizdir.
Daimi baxım və servis işləri vaxtında həyata keçirilib.
Komplektasiya və rahatlıq:
Elegance versiyası – digər versiyalara nisbətən daha yumşaq, komfortlu və rahat idarəetmə imkanı verir.
Salon səliqəli və təmizdir, heç bir əlavə xərci yoxdur.
Əsas dəyişikliklər və əlavələr:
Disk və təkərlər yenilənib. (Yeni: Kumho Solus TA31)
Kollektor dəyişdirilib.
Sürətlər qutusu yağı dəyişdirilib.
Ön və arxa buferlər yenilənib. (AMG)
Padnoşka əlavə edilib. (AMG)
Güzgülər və sükan dəyişdirilib (Z qatlanan).
Sükan dəyişdirilib (+/- lipstok)
Bluettoth multimedia qruşadırılıb.
Digər xırda detallarda da yenilənmələr edilib.
Üstünlüklər:
Yapon bazarı üçün istehsal olunmuşdur (Yaponka - orjinal sol rul).
Yaddaşlı güzgülər, oturacaqlar və sükan mövcuddur.
Alıcını əlavə xərcə salmayacaq – bütün əsas işlər görülüb.
Bütün dəyişikliklərin foto və qeydləri mövcuddur.
Avtomobil hal-hazırda problemsizdir, baxımlıdır.
Üstündən çıxan ehtiyyat hissələri alıcıya veriləcək (sükan, güzgü və s.)