Maşın 2 ildir məndədir, bu müddət ərzində heç bir problemi olmayıb, tam baxımlı vəziyyətdə saxlanılıb. Kia Sorento 2016 model, dizel mühərrikli və 2.0 motordur. Avtomobil dolu komplektasiyadadır, yəni üzərində bütün opsiyalar mövcuddur. 360 dərəcə kamera sistemi var, bu da həm parklanma zamanı, həm də hərəkət zamanı ətrafı tam görməyə imkan verir. Oturacaqları həm qızdırıcı, həm də soyuducu funksiyasına malikdir, uzun səfərlərdə maksimum komfort təmin edir.
Arxa hissədə 220V enerji portu yerləşir, bu da cihazları birbaşa maşından enerji ilə doldurmağa şərait yaradır. Salon hissəsindəki monitor tam işlək vəziyyətdədir, CarPlay funksiyası problemsiz şəkildə işləyir. Elektron ruçnoyu mövcuddur, bütün elektron sistemlər ideal vəziyyətdədir.
Qısacası, maşın saz vəziyyətdədir, heç bir xərc tələb etmir, otur sür və istifadə et. Baxan, mütləq bəyənəcək.