2.0L B48 mühərrik + elektrik batareyası (20–25 km elektrik məsafəsi), ümumi 252 a.g. hasil edir. Çox ekonomik və dözümlü mühərrikdir. Köhnə F30-lardakı sep, başmaq problemləri yoxdur – xahiş edirəm 22.000 AZN-lik maşınlarla müqayisə etməyin.
Hazırda heç bir mexaniki və elektron problemi yoxdur. İstənilən yerdə yoxlatdıra bilərsiniz.
1 ay əvvəl BMW Group yağ, tam orjinal yağ filteri və antifriz yenilənib. Daim istisnasız 95 oktan benzinlə sürülüb.
Karobka yağı da 1 həftə əvvəl tam orijinal ZF Lifeguard 8HP və ZF filter ilə yenilənib – belə qulluğu çox az sürücü edir.
Maşının yalnız çöldən kosmetik işləri var.
Komplektasiya (Luxury Line):
– Head-up display
– Açarsız daxil olma
– Memory oturacaq (yaddaşlı)
– Ön/arxa oturacaq qızdırılması
– Elektron idarə olunan oturacaqlar
– Rulun qızdırılması
– 4 yeni təkər
– Dakota Nappa dəri salon
– Zavod ambient işıqlar (qırmızı & ağ)
– Sport / Sport+ / Comfort / Eco Pro rejimləri
– Dual Climate Control
– Zavod böyük monitor
– Apple Car Play (zavod quraşdırma)
– Tünd göy metallik rəng və s.
Xahiş olunur yalnız real alıcılar əlaqə saxlasın.
Qiymət maşının yanında razılaşdırılacaq. Özünə səliqəli və baxımlı restyle F30 istəyənlər buyursun.