Təcili satılır! Qiymətdən narazı qalanlar gedib yığma M5 F10-lara baxa bilər!! Bu avtomobil o kateqoriya deyil!
Barter - Yeni, qara BYD Seal 05 + pul
BMW 528i Individual F10-dur, xDrive deyil, arxa çəkəndir. Avtomobil heç bir xərc tələb etmir, tam ideal vəziyyətdədir. Kalxoz olunmamış, stock saxlanılmış və anlayışla sürülmüş F10-dur.
M Tech paketi qoyulma deyil, zavod çıxışlıdır. Disklər, buferlər, podnojkalar, asqı sistemi hamısı orijinal M Tech-dir. Zavoddan Shadow Line (anti-xrom) var. Individual salon rənginə malikdir, “sap-sarı” salonlarla qarışdırmayın. Zavod qara damdır.
Avtomobil ölkəyə batıq zədələri ilə gəlib və yalnız PDR (bezkraska) üsulu ilə bərpa olunub. Heç bir detal boyanmayıb. Lanjeron, şassi və konstruktiv hissələrdə problem olmayıb. Yəni vurulmuş, yarısı kraskalı maşınlardan deyil. Avtomobil daima qaraj şəraitində saxlanılıb və hazırda da qarajdadır.
Komplektasiya maksimal komfort və funksionallıq səviyyəsindədir: Keyless Go, Start-Stop, Auto Hold, narıncı ambient işıqlandırma, ayaqla baqaj açılması və digər premium opsiyalar mövcuddur.
Əlavə olaraq sükan ən keyfiyyətli dəri ilə üzlənib, 6WA sürətlər paneli quraşdırılıb və Benson ön şüşəsi var. Bütün dəyişikliklər stock görünüşlü, səliqəli və ucuz olmayan işlərdir.
Avtomobilə daim yalnız BMW Group yağı vurulub, yağ dəyişimi hər 5 min kilometrdən bir edilib. Son yağ dəyişimi 1300 km əvvəl Underground Oil Change servisində 0W-20 yağ ilə həyata keçirilib. Eyni zamanda salon filtri və xarici kəmər dəyişdirilib.
Avtomobilə 4 ədəd yeni orijinal BMW Group əyləc diski və 4 ədəd orijinal əyləc bəndi quraşdırılıb. Üzərində Pirelli təkərlərdir və yaxşı vəziyyətdədir. İndiyə qədər yalnız AI-95 və AI-98 benzinlə sürülüb, AI-92 bir dəfə də olsun istifadə edilməyib.
Maşın yalnız WashTec və Carvanna-da yuyulub, həmişə premium avtoyuma məntəqələrində qulluq olunub. Probeq 100% orijinaldır, kilometrlə qeyd olunub və bu il üçün çox aşağıdır.
Avtomobil nömrəsiz satılır, Qiymətdə yalnız simvolik endirim olacaq.
Avtomobili başa düşən, dəyərini bilən şəxslər zəng edə bilər. Gözlə görmək lazımdır.