Zədəsizdir, yalnız yungul cızıqlarına görə iki yerdə rəng dəyən hissələr var. Faralar, güzgülər və kapot PPF (qoruyucu örtük) ilə örtülüb. Təkərlər yenidir. Kosmetik vəziyyəti yaxşıdır, əlavə xərcə ehtiyac yoxdur.
2022-ci ildə şəxsi istifadə üçün Almaniyadan gətirmişəm və 4 ildir məndədir. Texniki cəhətdən əla vəziyyətdədir. Dövri servisləri vaxtında olunub. Zavoddan M paketdir. Çox səliqəli istifadə edilib, baxanda da şəkillərdə bu görünür.
Lyuksuzdur. Head-up display mövcuddur, ön oturacaqların isidilməsi var. Gətirilən gündən hər zapravka zamanı yanacağa Liqui Moly qatqısı əlavə edilib və bu səbəbdən motor səsi çox sakitdir.