Avtomobil ili 1997,(model1998 lazer açar) Almanıyadan gələndən bizdədir,qaraj şəraitində qalıb, bütün funksiyalar işləkdir, orjinal pioner maqintofon və kalonkalar quraşdırılıb.
Klassik Mercedes-Benz W202 C240 Elegance. 2.4 V6 mühərrik, avtomat sürətlər qutusu və arxa ötürücü ilə təchiz olunub. Tünd yaşıl metalik kuzov + krem rəngli full salon avtomobilə çox zövqlü və klassik görünüş verir.Komfortlu, geniş və öz dövrünə görə zəngin komplektasiyalı W202-dir. Klassik Mercedes həvəskarları və baxımlı W202 axtaranlar üçün ideal seçimdir.Xırda kosmetik işləri var qiymətdə cüzi endirim olacaq, xahiş olunur real alıcılar zəng etsin.Avtomobilə Saray qəsəbəsində və Sumqayıt şəhərində baxmaq olar.