Salam. Maşın 2013-cü ildə Volkswagen rəsmi servisindən alınıb. Avtomobildə qətiyyən vuruq, zərbə və ya qəza olmayıb. Tam orijinal boyadadır (bezkraska). İstifadə olunduğu müddət ərzində bütün texniki qulluqları vaxtı-vaxtında və yalnız rəsmi servisdə həyata keçirilib. Sinfinin ən Full komplektasiyasıdır və bütün funksiyaları tam işlək vəziyyətdədir. Mühərrik, sürətlər qutusu və pnevmatik asqı ideal vəziyyətdədir. İlk sahibiyəm. Avtomobil ailədə ikinci maşın kimi istifadə olunduğuna görə çox səliqə ilə idarə edilib. Hazırda heç bir xərc tələb etmir. İstənilən yerdə yoxlatdıra bilərsiz.