Changan UNI-K iDD (PHEV - Plug-in Hibrid) satıram. Buraxılış 2023-cü alış 2024- cü ildir.
Avtomobil komfortu, geniş salonu və hibrid sistemi ilə həm şəhər, həm də uzun məsafəli istifadə üçün çox əlverişlidir.
Avtomobil ideal texniki vəziyyətdədir. Ümumi yürüşü 37 000 km-dir motorla yürüşü 16 000 km-dir. Vaxtı-vaxtında qulluq olunub, çox səliqəli idarə edilib. Salonu təmiz və baxımlıdır. Qaraj şəraitində saxlanılıb. Batareyası və hibrid sistemi tam saz vəziyyətdədir, sinfinə görə çox qənaətcil maşındır. Menyu ingilis dilindədir əlavə olaraq (Youtube, Waze, Yandex) proqramalrı yazılıb.
Maşın vuruq deyil, udarı yoxdur, hava şarları (airbag) atmayıb. Tamamilə kosmetik bir hadisə olub — ağac budağı düşdüyü üçün arxa qanad kosmetik rənglənib, qapı isə rəngsiz (PDR ilə) düzəldilib. Real alıcıya təmirdən əvvəlki şəkillərini göstərə bilərəm. İstənilən servisdə yoxlatdırmaq mümkündür.