Şəxsi avtomobilimdir, ideal vəziyyətdədir. Bütün texniki baxımları vaxtı-vaxtında olunub, maşına tam cavabdehəm. Son dövrdə görülən işlər:
Turbo yenisi ilə əvəz olunub
Transmissiyanın (karobkanın) çaşka-feredosu təzələnib
Mühərrik yağı və antifriz yeni dəyişib
Mühərrik, kollektor və turbonun prokladkaları yenilənib
Mühərrik və transmissiya tam problemsizdir, xərc tələb etmir. Yalnız cüzi kosmetik işləri var, qiymətdə nəzərə alınacaq. Real alıcı ilə maşının yanında razılaşmaq olar. İstənilən servisdə yoxlatdıra bilərsiniz. Vin təmizdi.