Mercedes-Benz E230, 2.3 sadə və dözümlü mühərrik.
Avtomobil 1997-ci il istehsalıdır, 1998-ci ildən sürülməyə başlayıb. 2011-ci ildə Azərbaycana gətirilib və Azərbaycanda ilk sahibiyəm. Artıq 15 ildir şəxsi avtomobilim kimi özüm sürürəm.
Alanda yürüşü 140 000 km idi, hazırda orijinal yürüşü 342 000 km-dir. Yürüş tam realdır, 15 ildir maşın məndədir.
Maşına hər zaman vaxtında qulluq etmişəm. 15 il ərzində məni heç vaxt yolda qoymayıb. Mühərrik, sürətlər qutusu, kondisioner və digər funksiyaları işlək vəziyyətdədir.
Maşın bezkraskadır, qəzası olmayıb.
Komplektasiyasında:
- ön oturacaqların qızdırılması;
- kruiz-kontrol (avtopilot);
- yan güzgülərin qızdırılması;
- qoltuqaltı soyuducu bölməsi;
- işlək kondisioner var.
Maşının 2 ədəd orijinal zavod açarı var. Üzərindəki diskləri də maşını aldığım vaxt ayrıca almışdım, bahalı və keyfiyyətli disklərdir.
Açığı, 15 ildir sürdüyüm və çox razı qaldığım maşın olduğu üçün satmağa heç əlim gəlmir. Sadəcə artıq daha yeni avtomobilə keçəcəyim üçün satıram.
Avtomobil Qəbələdədir. Ciddi maraqlanan şəxs gəlib rahat şəkildə maşına baxa və istədiyi yerdə yoxlada bilər.
Real alıcı ilə maşının yanında qiymətdə danışmaq olar.