Avtomobil əla vəziyyətdədir, sinfinin ən maksimal komplektasiyasıdır. Şəxsi maşınımdır, vaxtı-vaxtında qulluq olunub və heç bir texniki xərc tələb etmir.
Mühərrik və transmissiya: Əfsanəvi 6.0L V12 atmosfer mühərriki. Saat kimi səssiz və stabil işləyir. 0-dan 100 km/saata cəmi 5.5 saniyəyə sürətlənir.
Rəngi: Tünd göy metallik
Yanacaq sərfiyyatı:
Şəhər daxili 15–17 L, trasda 10–12 L.
Təchizat və komfort:
- Qabaq və arxa oturacaqların masajı, isidilməsi və ventilyasiyası
- İkiqat yan şüşələr
- Zavod istehsalı arxa ultrabənövşəyi (UV / atermal) günəşdən qoruyucu örtüklü şüşə
- 12 dinamikli Harman/Kardon premium audio sistemi
- Çoxfunksiyalı multi-sükan, bort telefonu və Bluetooth bağlantısı
- İki zonalı klimat-kontrol (kondisioner buz kimi vurur)
- Ön və arxa park radarları
- Bütün optika və faralar tam işlək vəziyyətdədir
Geniş, son dərəcə rahat və sürətli idarəetmə həzzi verən əsl klassikadır.
İstənilən servisdə yoxlatdırmaq mümkündür.
Real alıcı ilə yalnız avtomobilə baxdıqdan sonra cüzi razılaşma olacaq.