Avtomobilin ölkədə 2-ci sahibiyəm, artıq 5 ildi sürürəm, gündəlik işə evə sürülür, taksi kimi istifadə edilməyib, səliqəli istifadə edilir, asqı sistemində səs yoxdu, mühərrik qaydasında işləyir, mühərrik yağı və sürətlər qutusu yağı yeni dəyişdirilib, zavod tələbinə uyğun göstəricidə yağlardan istifadə edilib. Kondisoner işləyir, lyuk, oturacaqların isidilməsi, yağış və işıq sensorları, park radarları işləyir, təkərlər 1ci sinif Yokohama brendidi, Radiusdan alınıb. Ön kapotu rəngi bozardığı üçün yenidən rənglətmişəm. Maşına həftə içi 5 gün iş saatları arasında Nərimanov rayonunda baxmaq olar. Xahiş olunur ciddi maraqlananlar əlaqə saxlasın