Maşın şəxsi istifadədə olub, çox səliqəli idarə edilib və vaxtlı-vaxtında qulluq görülüb. 2014-cü il üçün yürüşü az və orijinaldır.
Yürüşünə uyğun olaraq mühərrikin kəməri (remeni) və yağı yeni dəyişdirilib, texniki olaraq heç bir xərc tələb etmir, otur sür vəziyyətdədir. Salonu təmizdir, cırıq və ya sökük yeri yoxdur. Xadavoyu və mühərriki əla işləyir.
Komplektasiyası SE-dir,böyük monitor, arxa görüntü kamerası, elektrik tənzimlənən sürücü oturacağı, ikigözlü klimat-kontrol, multi-sükan, kruiz-kontrol və elektron əyləc sistemi mövcuddur, hər biri işlək vəziyyətdədir.
Maşın nömrəsiz satılır. Barter olunmur, yalnız nağd satılır. Real alıcılar əlaqə saxlaya bilərlər cuzi endirim edilecek.