1995-ci ildə sifarişlə Yaponiyadan gətirilib. Toyota-nın export məhsuludur. Əvvəldən sükanı solda olub (Amerikan variantıdır, sonradan belə maşınlar "Lexus" markasıyla buraxılıb).
4500 motor (6 silindr), 4 çəkiş. Razdatkası bir neçə dəfə az qoşulub və ideal vəziyyətdədir. Şəhər maşınıdır. Mexaniki, 5+1 sürət qutusu var. Şit paneli tamamilə düyməlidir. Soyuducusu və ön-arxa olmaqla 2 ədəd kondisioneri var. Oturacaqları yenilənib (maçalka və parçası). Güzgülər düyməylə idarə olunur.
8 yox, 6 silindrli olduğu üçün daha az benzin yandırır. Təqribən, misal üçün:
* Bakıda: 19 L
* Trasda, ortalama 110 km/s sürətlə: 13,5 L
* 140 km/s sürətlə: 14,5 L
* Rayon yerində: 16,5 L
Benzin sərfiyyatı var. Benzin deposu 90 litr tutur, əlavə 60 litrlik ehtiyat deposu var.