Avropa bazarı üçün nəzərdə tutulmuş maşındır, (ölçü vahidi "km"-dir, faranın sarı zolağı yoxdur, yəni "amerikanka" deyil). Maşının ikinci sahibiyəm, avtomobil birinci dəfə 2013-cü ildə servisdən alınıb və 2020-ci ilə qədər bütün texniki baxışlar və yağ dəyişmələr rəsmi servisdə kitabçaya qeyd olunub. Avtomobilin asma-sükan sistemi ("xodovoy") tam işlək vəziyyətdədir, mühərrik sisteminə hər hansı müdaxilə olunmayıb. Maşının kosmetik təmirə ehtiyacı var (sağ qabaq buferin bordürə sürtünməsi, digər cızıqlar ) və bu xərclər qeyd olunan qiymətdən çıxıla bilər. Arxaya hərəkət park-radarla təmin olunub.
VIN : KMHEC41CBDA542191
Mühərrik kodu : G4KEDA263149