249 000 yürüşdə Almaniyadan gətirilib. İlinə və yürüşünə görə çox yaxşı qalıb, həm içi, həm texniki baxımından. Dizel olduğuna görə (benzinə nisbətən iri və möhkəm porşenlər, daha aşağı mühərrik temperaturu, aşağı maksimal dövrlər) bu yürüşdə tam canlıdır.
Mühərrik zavod biturbodur, Stage 2 remap olunub, daha böyük intercooler quraşdırılıb, karobka short shifter.
Garage Performance dynostend-də 25 dərəcə hərarətində 267 at gücü və 520 N/m torq göstərib. Daha soyuq aylarında daha çox olur.
0-100 6 saniyə,
100-200 16 saniyə gedir. (Dragy ilə ölçülüb)
Təxmini e90 330d m57 ilə bərabərdir.
Modelə zavoddan e90 3.0 dizel matorun karobkası və maxoviki gedir, 3,0 m57 stage 2 saxlaya biləcək qurğulardır. Əyləc sistemi həmçinin zavoddan e90 330i/d ilə eynidir. Beləliklə avtomobilin transmissiyası və əyləc sistemi artıqlaması ilə verilib və adi 118-120d və 320d daha üstündür.
Bərk sürüşdə yanacaq sərfiyatı 10 litir dizel təşkil edir, adi sürüşdə 7 litirdir. Avtomobilin xadavoyu e90 ilə eynidir, lakın özü daha yüngüldür və nəticədə daha yaxşı idarə olunur, yüksək sürətdə istədiyi döngəyə girə bilir. Drayv baxımından M modelləri çıxmaq şərti ilə birinci gedir.
Avtomobil zavoddan sport sükan, sport oturacaqları, sport güzgüləri, velyur ayaqaltıları, kruiz kontrol, CİC monitor, arxa-qabaq parktronikləri, ksenon faraları, işıq sensoru ilə təchiz olunub.
Bir zaman öncə DriveShaw trekdə və Stansiya drag yarışlarında yaxşı nəticələri ilə iştirak edib.