Maşın çox yaxşı vəziyyətdədir, səliqəli istifadə olunub. Pas və çürük yoxdur, udarı olmayıb. Mühərrik və karobka çox yaxşı vəziyyətdədir.
Mühərrik sıfırdan original detallarla yığılıb. Yağ yemə və digər texniki problemi yoxdur. Motor yağı təzə dəyişilib. Çaşka və feredo dəyişilib. Patrubka sistemi yenilənib, termostat dəyişdirilib və antifriz doldurulub (su deyil). Bobin, sveçalar və provodkalar hamısı yenilənib. Texniki olaraq bütün əsas rasxodniklər dəyişdirilib və hazırda maşın əla vəziyyətdədir.
Salon çox səliqəli və baxımlıdır. Oturacaqlar və üzlüklər əla vəziyyətdədir, sınıq və ciddi qüsur yoxdur. Avtomobildə pultla idarə olunan mərkəzi qapanma sistemi var.
Maşında yalnız yüngül kosmetik işlər var. Ümumi olaraq həm texniki, həm də salon vəziyyəti çox yaxşıdır.
Sənədlər tam qaydasındadır. Texniki baxış yenicə keçirilib. Maşın əlavə xərc tələb etmir.
Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq mümkündür.