Toyota Esquire – ailəvi səyahətlər və ya turist nəqliyyatı kimi idealdır. Tam ötürücüdür (4x4), bu da yoxuşlarda, sürüşkən yollarda daha rahat sürüşü təmin edir. Adi versiyadır, hibrid deyil. Salonu genişdir, oturacaqları dəridəndir. Üçüncü sıra oturacaqları qatlayıb baqajı daha da böyük etmək olur. Yanacaq sərfiyyatı qarışıq rejimdə 6-7 litrdir. Ən əsası isə, etibarlı maşındır, yolda qoyan deyil.
Maşın yaxşı vəziyyətdədir. Hal-hazırda bildiyimiz yeganə problemi sükan mexanizmində səs olmasıdır. Maşın şirkətindir, sürülmür və buna görə də vəziyyəti haqqında o qədər geniş məlumatımız yoxdur. Gələn adam ustasıyla gəlsə daha yaxşı olar.
Xətai metrosu yaxınlığında baxmaq olar.
Zənglərə hər dəqiqə cavab verə bilmirəm, WhatsApp-da yazsaz daha ətraflı məlumat verə bilərəm