Elanı diqqətlə oxuyun. Lt RS full komplektasiya.Maşında yüngül xərclər var hal hazırda sürülür. Bazar qiymətini maraqlanib baxa bilərsiniz belə funksiyalarla 13500-14300 aralığında dəyişir. Sadəcə vaxt və imkan ayıra bilmirəm maşını duzəltdirməyə 4 ildir ki məndədir.
Maşın öz adımadır, gündəlik sürülən maşındır. 2013-cü il, 1.4 Turbo, avtomat karopka, full komplektasiyadır.
Komplektasiya:
- Dəri salon
- Lyuk
- Böyük monitor
- Uzaqdan xodlanma
- RS komplektasiya
- Original katalizator üstündədir və injektor işığı yanmır
Matorunda və karopkasında problem yoxdur. Karopkada vurma, gecikmə yoxdur. Matorun prokladka yerlərindən yağ sızmaları var, alıcı nəzərə alsın. Check Engine işığı yanmır.
Maşında konkret udar, ciddi qəza, dəyişən olmayıb. Airbagların heç biri açılmayıb. Kuzovda yüngül sürtülmələr var, kosmetik işlərə ehtiyacı var. Qiymət də bütün işlər nəzərə alınaraq qoyulub.
Real alıcı maşının yanına gəlib baxa bilər, ustası ilə yoxlatdıra bilər. Qiymətdə maşının yanında cüzi razılaşma olar. Alverçilər narahat etməsin çünki böyük endirim etməyəcəm. Pul lazımdır deyənə satıram 10 minə verəsi olsam düzəltdirib sürərəm.
Qiymət: 11 800 AZN.