Honda Insight 2019, full komplektasiya.
Maşın ideal vəziyyətdədir, ABŞ-dan minimal zədələrlə gətirilib. Ən fərqli cəhətlərindən biri nadir rast gəlinən qəhvəyi dəri salonudur.
Avtomobildə əlavə yan kamera var, dönmə siqnalını yandıranda görüntü ekrana ötürülür. Həmçinin avtomatik əyləcləmə, adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi, oturacaqların isidilməsi, Apple CarPlay, Android Auto, yağış və işıq sensorları, lyuk və digər funksiyalar mövcuddur.
Hibrid mühərrik sayəsində yanacaq sərfiyyatı da çox qənaətcildir.
Vəziyyətinə və komplektasiyasına görə seçilən maşındır.