Mitsubishi Outlander, 2003-cü il
Bu qiymətə SUV maşın təqdim olunur!
Avtomobil 2023-cü ildən məndədir və şəxsi istifadəmdə olub. 2024-cü ildən maşını öz adıma keçirtmişəm.
186 min km yürüşdə almışam, 4 ildə cəmi 40 min km sürmüşəm. Avtomobil hal-hazırda da problemsiz işləyir. İşə gediş-gəliş üçün istifadə olunur.
Mühərrik və karobka yağı yeni dəyişdirilib, texniki baxımdan saz vəziyyətdədir.
Zavod sol sükandır, perekitka deyil.
Yüngül kosmetik işlərə ehtiyacı var.
Avtomobili istənilən servisdə yoxlatdıra bilərsiniz.
Real alıcılar əlaqə saxlasın, ustası ilə gəlsə yaxşı olar. Avtomobilə baxış zamanı qiymət barədə də razılığa gəlmək olar.
Nərimanov və Xırdalan ərazisində baxış keçirə bilərsiniz. Satan və alan tərəf üçün xeyirlisi olsun.