Ford Transit 2.4 Dizel, 2008, L2H3, 330 sm, 237 000 km, arxa çəkən, kondisionerli
Maşın L2H3, ən hündür kuzov, orta uzunluq 330 sm, transitlər arasında işləmək üçün ən əlverişli və tələbat olan (xadavoy) ölçüdür. Kondisioner tam işləkdir, buz kimi soyudur. Motor saat kimi işləyir, karobka və most əla vəziyyətdədir. Matorun yağı dəyişdirilib və sürülməyib də, oktyabrın sonu texniki baxışdan keçib və sığortası yenilənib. Kosmetik işi yoxdur zavod vəziyyətindədir.
Maşını özümüz üçün yığdırmışıq, maşına 4 000 manatdan çox pul qoyulub:
• Maxovik, çaşka və feredo yenisi ilə dəyişdirilib.
• Turbo yenisi ilə dəyişdirilib.
• Qalovka açılıb, klapanlar prixvatka olunub, salnikləri dəyişdirilib.
• Motorun üst krışkası yenisi ilə dəyişdirilib.`
• Dinamo, starter və pompa yeni yığılıb.
• Qabaq opornular əla vəziyyətdə üstdən çıxma ilə dəyişdirilib.
• Əyləc nakladkaları yenisi ilə dəyişdirilib.
• Qluşitelin setkası originalı ilə dəyişdirilib.
• Təkərlər Lassadır.
• Yük yerinin içinə dikt vurulub.
Maşının altı əla vəziyyətdədir, zavod kraskası və germetikası üzərindədir, pas yoxdur. Motor, karobka və mostda problem yoxdur.
Maşını özü işimiz üçün işlətməyə alıb yığdırmışdım, nə əvvəl nə də bizdə yük görməyib,. Qardaşoğlu işlədirdi, gözlənilmədən hərbi xidmətə getdiyinə görə maşın istifadəsiz qalıb, bu səbəbdən satıram.
Harda istəsəniz yoxlatdıra bilərsiniz. Maşında nə iş görülübsə açıq şəkildə qeyd etmişəm. Problemsiz, hazır Transit axtaran ciddi şəxslər əlaqə saxlasın.
Real alıcı ilə maşının yanında qiymətdə danışmaq olar.