Diqqətli oxuduqdan sonra elaqə saxlıyın.!!!
Maşın 20 min km-dən bizdədir, uzun illər ailəmizdə olub və qadın tərəfindən idarə edilib. Ailədə 3-cü maşın olduğu üçün uzun müddətdir aktiv istifadə olunmur. Həyətdə yer tutduğu üçün satıram.
Vəziyyəti barədə:
* Vurulmayıb, ciddi qəza olmayıb.
* Sağ qanad və sağ qapı cüzi cızıqlara görə rənglənib. Həmin hissələrdə rəng bir qədər solub.
* Əvvəllər lyukdan cüzi su sızması olub. Rezinləri hermetiklə işlənib, sonradan su sızması olmayıb. Salonun tavanında əvvəlki ləkələr qalıb. Həmin vaxtdan lyuk açılmayıb.
* Sürətlər qutusu arabir, öz kefinə düşəndə neytrala keçir. Əsasən maşın qızdıqdan sonra olur deyəsən. Sürülmədiyi üçün dəqiq muşahidə etməmişəm. Problemi yoxlatdırmağa vaxtım olmayıb, alan şəxs öz ustasına yoxlatdırıb təmir etdirər.
Maşının mövcud vəziyyəti, əsas sürətlər qutusu ilə bağlı məsələ nəzərə alınaraq qiyməti münasib qoyulub.
Nömrə maşının üstündə veriləcək. Real alıcıya cüzi endirim olacaq.