E60 4.8 LCI (restayling)
BMW-nin en gözəl olan 4.8 atmosfer V8 matoru ilə E60 satıram. Maşını özüm üçün böyük həvəslə ideal vəziyyətə gətirmişəm. Təəssüf ki şəxsi səbəblərdən satmaq məcburiyyətindəyəm, bir ömür zövqlə sürüləsi maşındır.
Hec bir problemi yoxdur. Mühərrik tam yeni və gücləndirilmiş detallarla yenilənib, bütün zəif nöqtələri aradan qaldırılıb. Bundan sonra uzun müddət heç bir müdaxilə tələb etməyəcək. Maşının altı da, üstü də idealdır – peredok, amortizatorlar və bütün asqı sistemi orijinal detallarla yenilənib. Disklər və təkərlər təzədir. Salonu səliqəli və qüsursuzdur.
Ümumilikdə maşın probegindən asılı olmayaraq, bir çox E60-dan qat-qat ideal vəziyyətdədir. Bilenler bilir ki, bu vəziyyətə gətirmək üçün çox zəhmət və vəsait sərf olunub.
Sərfiyyat: Şəhər içi sürüş tərzindən asılı olaraq 16-18L, trasda 9-11L.
Yağ yemir yada axitmir, BMW Group 5W30 tökülür, AI-95 benzinlə sürürəm.
Maşın haqqında çox danışmaq olar, xeyli işlər görülüb hərtərəfli ideal vəziyyətə gətirmək üçün (7000AZN civarinda) Uzun illər sürmək üçün yığılmış avtomobildir. ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.
Komplektasiya:
-Zavod M-tech (Made in Germany)
-On ve arxa oturacaqlarin isidilmesi
-Arxa perdeler
-Adaptiv ksenon faralar
-166 Disk + teze tekerler radiusdan
-Akrapovic qosha nasatka ve s