Avtomobil ideal vəziyyətdədir, tamamilə bezkraskadır (boyasızdır).
Rus istehsalıdır.
2023-cü ilin dekabr ayının buraxılışıdır, 2024-cü ilin fevral ayında alınıb. Üçüncü avtomobil kimi istifadə olunub, çox az sürülüb.
Alındığı gündən etibarən yalnız 95 oktanlı yanacaqla idarə olunub. Mühərrikdə keyfiyyətli və bahalı mühərrik yağlarından istifadə edilib.
Əlavə olaraq, avtomobilə orijinal dinamiklərdən ibarət səs sistemi, maqnitola və orijinal fiat sükanı quraşdırılıb. Həmçinin bənövşəyi rəngli ön şüşə mövcuddur.
Avtomobil nömrəsiz satılır.