Salam. Şəxsi istifadəmdə olan, əsl Alman keyfiyyətinə malik 2008-ci il Mercedes-Benz ML 320 CDI satılır. Maşın Avropa istehsalıdır (Amerikanka deyil), rəngi qara metalikdir.
Mühərrik və Güc: 3.2 L (3.0 V6 OM642) dizel, 224 at gücü. Həm şəhər içi, həm də uzun yolda çox ekonom, eyni zamanda dinamik və dözümlü mühərrikdir.
Texniki vəziyyəti: Mühərrik, sürətlər qutusu (karobka) və xadavoy sistemi tam qaydasındadır. Vaxtlı-vaxtında bütün texniki qulluqları olunub, yalnız keyfiyyətli yağ və ehtiyat hissələrindən istifadə edilib.
Komfort və Salon: Salon çox səliqəli saxlanılıb, cırıq və sökük yoxdur. Bütün funksiyaları işlək vəziyyətdədir.
Maşın heç bir əlavə xərc tələb etmir — otur sür. Real alıcı istənilən ustada və ya servisdə yoxlatdıra bilər. Qiymətdə maşının yanında razılaşmaq olar. Xahiş olunur yalnız ciddi şəxslər əlaqə saxlasın.