Maşın zövqlə yığılıb, üzərində kifayət qədər xərc və zəhmət çəkilib. Hər detalına diqqət olunub, həm görünüş, həm də komfort baxımından fərqli avtomobildir.
Üzərində olan dəyişikliklər və əlavə avadanlıqlar:
- 6 ədəd Pioneer 550W kalonka
- 5 çıxışlı gücləndirici və 1250UB maqnitola
- Ulduz tavan
- Sport -120 purjun və Denfi sport amortizatorlar
- Sport purjunlara görə rəsmi sənəd alınıb, bu məsələ ilə bağlı heç bir problem yoxdur
- R16 disk və təkərlər
- AMG görünüşlü faralar
- Bi-LED duman faraları
- Əyilməyən klapanlarla yığılıb
- Salonda Black Piano dekor detalları
- Qızdırılan oturacaqlar
- Avtomatik işıq sistemi
- Yağış sensoru
- Kondisioner əla işləyir, buz kimi vurur
- Proqramlaşdırılmış monitor, avtomobilin diaqnostikasını aparmaq mümkündür
Xadavoyuna xüsusi diqqət yetirilib, hazırda heç bir problemi yoxdur. Hətta bu məsələdə alıcıya zəmanət verirəm: sonradan xadavoydan hər hansı xərc çıxarsa, özüm qarşılayacağam.
Texniki baxış və sığorta yenilənib.
Maşın standart vəziyyətdə deyil, hər şeyi zövqümə uyğun şəkildə yığdırmışam. Hazırda əlavə xərc tələb etmədən sürüləcək vəziyyətdədir.
Xahiş edirəm, yalnız ciddi alıcılar narahat etsin. Real alıcı ilə qiymətdə razılaşmaq olar.