Avtomobil "Volkswagen Bakı" mərkəzindən alınıb, "amerikanka" deyil. 2-ci sahibiyəm, 2013-cü ildə 25000 km yürüşlə alınıb, hal-hazırkı yürüşü orijinaldı! Tam təchizatla təmin olunub (Full) - park radarlar, biksenon işıqlar, Park Assistant (öz özünə parketmə), güzgülərin və oturacaların avtomatik idarəsi və qızdırılması. Avtomobilə yalnız Volkswagen servisdə vaxtı-vaxtında qulluq olunur (yağı, hərəkət hissəsinin detalları və s.) və texniki baxışdan keçir, servis kitabçası var. Heç bir problemi yoxdur, 4 ədəd təzə təkər yeni alınıb, akkumlyator dəyişib, arxa yan şüşələrə VW logosu olan pərdələr sifarişlə hazırlanıb, diod dönmə işıqları quraşdırılıb. Ən əsası avtomobilin sürət qutusu problemli "DSG" deyil, adi 6 pilləli sadə sürət qutusudu, dəyişən detalı, vuruğu yoxdur. Volkswagen Bakı Mərkəzinə müraciət edib, avtomobilin tarixçəsi ilə tanış ola bilərsiniz.