Saat 9-dan 16-ya qədər işdə oluram. Maşına baxmaq istəyən saat 4-dən sonra əlaqə saxlaya bilər. 15 gün dənizdə işlədiyim üçün çox sürülmür. Maşın yükə salınmayıb və səliqəli sürülüb, saxlanılmışdır. Avtomobil həvəskarı olduğumdan eksteryer, interyer, motor, sürət qutusu və peredok hissəsinə xeyli xərc qoymuşam. 2018-ci ilin iyun ayına aid olan suallar verməyin. Maşın 2009-cu ilin 17 iyul tarixində Volkswagen Bakı Mərkəzindən alınıb.
Xahiş olunur qeyri-ciddi insanlar narahat etməsin.Satmaqda məqsədim yeni model passat almaqdır. Maşını alan adam da razı qalacaqdır. Maşın qaraj şəraitində saxlanılır. Özüm maşın makleri və yaxud alverçi deyiləm. Maşının ilk və tək sahibi olduğuma görə hər bir incəliyini dərinliyinə qədər deyə bilərəm.
Qiymətdə razılaşmaq olar. Amma nəzərinizdə saxlayın ki, qeyri real təkliflərin heç birinə ciddi yanaşmıram. Maşını dəyərindən onsuz da ucuz qiymətə qoymuşam. (Jiqulinin qiymətini təklif etməyin).
Whatsapp a yaza bilərsiniz