Maşın idelal vəziyyətdədi. İl yarımdı məndədi, 2017 - nin iyul ayından. Heç bir problemi , görüləsi işi yoxdu. Maşının bütün detallarını, motor-karobkasını istənilən servisdə yoxlada bilərik. Məndən əvvəl, qabaq sağ tərəf krılosu yüngül sürtülüb, rənglənib. Arxa qapısında çox balaca batıq var, kraskasız çıxarmaq mümkündü. Qalan heç bir yerində güclü vuruğu, udarı olmuyub ( Maşın Ağ Mirvari rəngdədi ) Maşını alanda , Toyotanın rəsmi Servisində hərtərəfli yoxladıb almışam. Təkərlər əla vəziyyətdədi, arxa-qabaq nakladkalar təzə dəyişilib. Zaslonkası, Farsunkaları yuyulub, litri 20 manatdan Original Antifriz alıb, bütün sistemi təmizlədib dəyişdirmişəm. Çox səliqəli maşındı, salonda, oturacaqlarda heç bir problem yoxdu. Özüm də yaxşı baxmışam. Karobkasının yağın keçən il dəyişmişəm, hələ bundan sonra 1 il zəmanəti var. Vaxtlı vaxtında yağın dəyişdirmişəm, həmişə də keyfiyyətli yağ tökdürmüşəm. Akumlyatoru təzədi. Kondisioner, peç əla vəziyyətdə işliyir. Qapıların aşağı hissələrinə, ayaq dəyən yerlərə şəffaf plyonka çəkdirmişəm, qapılarda ksok parçaların üstünnən səliqəli dəri çəkdirmişəm, maşına əla yaraşır. Bir sözlə, vaxt olub öz boğazımnan kəsib maşına xərcləmişəm. Maşını satmağa tələsmirəm, özünə uyğun qiymət qoymuşam, bu qiymətə dəyən maşın olduğuna əminəm. Real alıcıya yüngül endirim olacaq. ( Xahiş edirəm maşın ticarəti ilə məşğul olanlar zəng etməsin )