Avtomobil 0 dan biizdədi. 2007-ci ildə rəsmi servisdən alınıb. Bütün rasxodnikləri bu günlərdə dəyişdirilib.01.03 tarixində 4 ədəd yeni LASSA təkəri qoyulub. Çox dözümlü və ekonom avtomobildir. Seqmentinə aid ən dözümlü avtomobillərdən biridir. Modelin ən full versiyasıdır. CD changer, panorama lyuk, duman əleyhinə faralar və s. Kondisioneri çox yaxşı işləyir.
Gündəlik sürülən avtomobil olduğu üçün,2018-ci ildə, görünüşünün yaxşılaşdırılması məqsədilə "lodka" kraskalanıb. Rənglənmə anına aid foto və video mövcuddur. ( Görülən işlərin kosmetik xarakter daşıdığını təsdiq etmək üçün)
Avtomobil 1-5 -ci günlər saat 09:00-dan 17:00-a qədər Kral şadlıq evinin yanında olur. Saat 20:00-a qədər zəng etməyinizi xahiş edirəm.
Fantastik endirimlə bağlı zəng vurmamağı xahiş edirəm. Ümumiyyətlə ,endirim yalnız avtomobilə baxdıqdan sonra çox cüzi ola bilər. Təcili satmadığım üçün, endirimlə bağlı narahat etməməyi bir daha xahiş edirəm.
Diqqətinizə görə minnətdaram.