Sonacan oxuyun sonra əlaqə saxlayın.
Təcili satılır.
Servis maşınıdır. 2013-cü ilin əvvəlində Bakıdan Hyundai Servisdən alınıb. 2018-ci ilin oktyabr ayında ilk sahibindən almışam, öz adımadır, kreditdə deyil.
Yürüş cəmi 105000 km. Ideal vəziyətdədir. 2019-un dekabrında şəxsən özüm texniki baxışdan keçirmişəm.
Servis kitabçası, 2 açarı var, biri heç istifadə olunmayıb. Bütün mütəmadi xərcləri çəkilib.
Maşında vuruq, udar yoxdur. Sadəcə qabaq buferin sağ tərəfində sürtülmə olmuşdu deyə keyfiyyətlə ProServis-də rənglənib. Əvvəlki şəkli var göstərə bilərəm.
Maşını harda istəsəniz yoxlatmaq olar.
Tər-təmiz, problemsiz maşındır. Gündəlik şəhərdaxili işə-evə sürülür. 2.4 motorların 2 motor ix35-lərdən fərqini sürənlər bilir.
Şəhər daxili normal sürəndə 11-12 litr, şəhər kənarı 8-9 litr benzin işlədir.
Qiymət maşının yanında danışılacaq. 30% ilkin ödənişlə lizinqə salmağa kömək edə bilərəm.
Həftəiçi işlədiyimə görə, axşam saat 7dən sonra gəlib maşına baxa bilərsiz. İstirahət günləri isə qabaqcadan zəng edib vaxt təyin etmək olar. Whatsapp aktivdir.