Modeli "Burgman 400 AZ Limited Edition" 2012 Yaponiya istehsalıdır. 2014-də Bakıdakı rəsmi dilerdən almışam, ilk və tək sahibiyəm. Əla vəziyyətdədir. İldə 2 dəfə (yay sezonu, qış sezonu) ümumı baxışdan keçirirəm. Ancaq orijinal ehtiyyat hissələri istifadə olunub. Benzin çəni ancaq Premium görüb. Bilənlər bilir, bilməyənlər üçün aşağıda xüsusiyyətlərini yazıram:
- Ancaq təcrübəli baykerlər sürə bilər: Boş ağırlığı 222 kg, uzunluğu 2,27 metr.
- Motor 400 kub, 4 zamanlı tək silindirli motordur.
- Elektrik starterlidir.
- ABS əyləcli (ön və arxa hidravlik əyləc), əl isitməlidir.
- Baqajına 2 kask yerləşir.
- Yanacaq istifadəsi sürməyə görə dəyişir (100 km-ə 4,5-5 litr). Çən həcmi: 13,5 litr. Yəni, dolu çənlə bir dəfəyə 300 km-ə yaxın sürmə məsafəsi.
- Dünyada ən uzun mənzilli motosiklet hesab olunur (yağını dəyiş, sür hara istəyirsən).
- Motosiklet tipi "Maxi-scooter". A kateqoriyalı sürücülük vəsiqəsi tələb edir.
- Kəmərli CVT transmissiya (variatorlu).
Ciddi maraqlananlar zəng vursun. Ehtiyaca görə satmıram, tələsmirəm, ona görə də qiymət alveri etməyək. Beləsini əla vəziyyətdə tapmaq çətindir. Bakıda 3 Burgman 400 Limited-dən biridir. WhatsApp mövcuddur. Alan qardaşa indidən xeyirli olsun.