Salam.Əvvəla onu qeyd edimki maşın əla vəziyyətdədir.Avtomobil yaponkadır lakin prikitqa deyil zavod sol ruldur.Texpasportda da 1 F qeyd olunub.Belə xadavoy hissədən mator hissədən ürəyiniz hardan istiyir baxıb yoxlatdira bilərsiniz.Rulun sol olduğuna cavabdehəm.Maşının altında 1 qram pas çürüy yoxdur.Bilən bilirki yapankalar sveji olur.Maşında udar vuruq qətiyyən yoxdur.5-6 gün əvvəl karobkanın və matorun yağı dəyişdirilib.Avtomobilin xadavoy və elektron sistemində zərrə qədər problem yoxdur.Peredokda dəyişiləsi vacib nə varsa dəyişdirilib.Top kimidir.Nəsə xərc cıxsa mən tərəfdən qarşılanacaq.bu yaxınlarda 4 ədəd təzə LASSA təkər qoyulub heç 5000 min sürülməyib.Bir sözlə özünə sürməyə təmiz 2 mator ideal cesqa axtaran buyurub zəng edə bilər.Real alıcıya yerində endirim olunacaq.Maşına Neon restaraninin yanında baxmaq olar.Öz maşınımdır alverçi deyiləm.Nömrə də üstündə verilir.Allah alana da satana da xeyr versin.