TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR
ELAN
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının 15.07.2021-ci il tarixli, 15/07/2021 №-li sifarişi ilə “Honda Accord” markalı, 10 PX 806 dövlət qeydiyyat nişanlı, (Sedan, 2011-Cİ İL BURAXILIŞLI, Ban: 1HGCP2665CA608046, qara rəngdə) avtomobil və “Volkswagen T-5” markalı, 90 AN 806 dövlət qeydiyyat nişanlı, (Multivan (6+1), 2012-Cİ İL BURAXILIŞLI, Ban: WV2ZZZ7HZCH124380, qara rəngdə) avtomobilə dair 05 avqust 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin “Honda Accord” markalı avtomobil onun ilkin satış qiyməti olan 16.000 (on altı min) manatdan 5% aşağı olmaqla, yəni 15.200 (on beş min iki yüz) manata, “Volkswagen T-5” markalı avtomobili isə oun ilkin satış qiyməti olan 42.000 (qırx iki min) manatdan 5% aşağı olmaqla, yəni 39.900 (otuz doqquz min doqquz yüz) manata təkrar açıq hərraca çıxarılmışdır.
Təkrar hərrac 24 avqust saat 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.
Təkrar hərracda iştirak üçün ilkin satış qiymətinin 5%-i, yəni “Honda Accord” markalı avtomobil üzrə 760 (yeddi yüz altmış) manat; “Volkswagen T-5” markalı avtomobil üzrə 1995 (bir min doqquz yüz doxsan beş) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günüqalanadək hərrac təşkilatçısının hesabına və ya nəğd qaydada ödənilməlidir.
Hərrac addımı ilkin satış qiymətinin 1%-dən çox olmamaqlatəyin edilir.
Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən geci 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır:
1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq);
2) Elanda göstərilmiş hərrac predmetinə dair behin hərracın təşkilatçısına ödənildiyini təsdiq edən sənəd;
3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti;
4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;
5) Hərracın iştirakçılarına onların hərracda iştirakı statusunu əldə etməsini müəyyənləşdirən bilet verilir.